Zabit Səmədov Kadırovla birgə döyüşə hazırlaşır (VİDEO)

Zabit Səmədov Kadırovla birgə döyüşə hazırlaşır (VİDEO)
Video
İdman 1951

Məşhur azərbaycanlı kikboksçu Zabit Səmədov Qroznıda döyüş keçirəcək.

BAKU.WS-in məlumatına görə, dekabrın 26-da Çeçenistan respublikasının paytaxtında baş tutacaq "Qroznoy bitı 13” turnirində Zabitin rəqibi polyak idmançı Pol Slavinski olacaq. "Kolizey” idman zalında baş tutacaq döyüşlə bağlı maraqlı videoçarx da hazırlanıb.

"Yaşamaq üçün döyüşmək" başlığı ilə videonu öz səhifəsində paylaşan azərbaycanlı idmançı böyük günə hazırlaşır. Zabit özü 26 dekabrı revanş günü kimi xarakterizə edir. Çünki o, Slavinskiyə 2007-ci ildə Amsterdamda texniki nokautla məğlub olub. 

Xatırladaq ki, Çeçenistan lideri Ramzan Kadırov azərbaycanlı kikboksçu Zabit Səmədov ilə müqavilə imzalayıb. "Qroznaya Bitva-11" döyüş turnirindən etibarən Səmədov "Axmat" klubunu təmsil etməyə başlayacaq.

Şahin Həbibov

BAKU.WS 


Oxşar xəbərlər

Rusiyada məşhur azərbaycanlı idmançı həbs edildi

Rusiyada məşhur azərbaycanlı idmançı həbs edildi

Məşhur azərbaycanlı samboçu, "Qara canavar” ləqəbli Sadiq Kərimov Sankt-Peterburqda saxlanılıb. BAKU.WS Trend-ə istinadən məlumat verir ki, S.Kərimov hədə-qorx...

1870 Hadisə 09:25 12 dekabr 2015

Son xəbərlər