VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Çeçenistan lideri Ramzan Kadırov azərbaycanlı kikboksçu Zabit Səmədov ilə müqavilə imzaladıqlarını açıqlayıb.  
 
BAKU.WS-in məlumatına görə, bu barədə Kadırov sosial şəbəkədən özü bildirib. Çeçen lider qeyd edib ki, dəfələrlə dünya və Avropa çempionu olmuş Z.Səmədov bundan sonra beynəlxalq yarışlarda "Axmat" Klubunu təmsil edəcək.
 
Ötən gün klubun prezidenti Abuzaid Vismuradov və "Mauqli" ləqəbli Səmədov müqaviləni imzalayıb. Dekabr ayının sonunda keçiriləcək "Qroznaya Bitva-11" döyüş turnirindən etibarən Səmədov "Axmat" klubunu təmsil etməyə başlayacaq.
 
Kadırovun fikrincə, Səmədov parlaq qələbələrlə klubu məşhur edəcək. 
 
İmzalanma mərasimindən sonra Zabit Səmədov klubun digər idmançıları ilə birgə məşqlərini edib. Turnirlərə daha yaxşı hazırlaşmaq üçün idmançılar gərgin rejimdə məşqlərini davam etdirib. 
 
Şahin Həbibov
BAKU.WS