Zibillikdən tapılan pullarla uşaqların ən böyük arzuları reallaşdı (FOTO)

Zibillikdən tapılan pullarla uşaqların ən böyük arzuları reallaşdı (FOTO)
Sosial 1930

 

"Təmiz Şəhər" ASC tullantılar arasından aşkarlanaraq toplanan pulları xeyriyyə məqsədi ilə istifadə edərək uşaqlar üçün Novruz hədiyyəsinə çevirib. Bu pullar "Təmiz Şəhər” ASC-nin Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı 6-7 ay ərzində tullantılar arasından çeşidlənərək yığılıb.

ASC-nin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, bu pullardan istifadə edərək "Təmiz Şəhər” ASC "ASAN məktub” layihəsi vasitəsilə müəyyən geyim əşyaları və oyuncaq istəyində olan uşaqları Novruz bayramı ərəfəsində sevindirib. "ASAN məktub” layihəsinə ən çox Hacıqabul rayonu ərazisindən müraciət olunduğu nəzərə alınaraq, bu bölgədən olan 24 uşağın məktubu "Təmiz Şəhər" ASC tərəfindən reallaşdırılıb.

Bu gün cəmiyyətin əməkdaşları "ASAN xidmət”in nümayəndələri ilə birlikdə velosiped, məktəbli formaları, çantalar, kostyumlar və s. hədiyyələri Hacıqabul rayonundan "ASAN məktub” layihəsində iştirak edən uşaqlara çatdırıblar.

"Təmiz Şəhər” ASC-nin fəaliyyəti nəticəsində toplanan və 120 kiloqramdan çox olan müxtəlif nominallı qəpiklər xeyriyyə məqsədilə xərclənərək, bu vəsaitin dövriyyəyə qaytarılması təmin edib.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda zibillikdən 120 kq-dan artıq pul tapıldı

Bakıda zibillikdən 120 kq-dan artıq pul tapıldı

Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda görülmüş işlər 2016-cı il ərzində çeşidləmə zavodunda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təhvil...

3649 Sosial 13:15 10 fevral 2017

Son xəbərlər