Zəngilanın iki kəndində içməli su və kanalizasiya sistemi qurulacaq
Zəngilan rayonunun Ağalı vә Mәmmәdbәyli kәndlәrinin su tәchizatı vә tullantı su şәbәkә vә qurğularının tikintisinə başlanılır.
BAKU.WS xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb.
Layihə çərçivəsində Mahrızlı su anbarından 17,723 min metr uzunluğunda polietilen borularla su xətti çəkiləcək.
Bundan başqa, tullantı sularının çəkilməsi ilə bağlı 1 405 metr uzunluğunda D 400 mm-lik qofralı polietilen boru (Koruqe) kəmərlərinin quraşdırılması planlaşdırılır. Xətt boyunca 21 ədəd çuqun lyuklar quraşdırılacaq.
Oxşar xəbərlər
Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?
Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən 7 saylı Maştağa Xəstəxanasının doğum şöbəsi ilə bağlı şikayət var. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-...