Zaur Əliyevə vəzifə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan Üzgüçülük Federasiyasının ümumi yığıncağı keçirilib.
BAKU.WS unikal-a istinadən xəbər verir ki, yığıncaqda Federasiyanın İcraiyyə Komitəsinin tərkibi yenidən təsdiq edilib.
Baş tutmuş səsvermənin nəticələrinə əsasən, növbəti 4 il müddətinə Zaur Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının yeni prezidenti, Xaliq İldırımzadə, Dəyanət Sədullayev və Ümid Abuzərli vitse-prezidentlər, Şamil Əbdürrəhmanov, Eldar Abbasov, Ruslan Ələkbərov, Azər Babayev və Mark Koqanov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Qurumun sabiq prezidenti Xanlar Fətiyev yeni federasiya prezidentinə və üzvlərinə uğurlar arzulayıb.
Qeyd edək ki, Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədridir.
Oxşar xəbərlər
Bir sıra ərazilər qazsız qalacaq
Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəq...