"Youtube" şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək

Youtube şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək
Sosial 50

"Youtube" şirkətinin həmtəsisçisi Steve Chen Bakıda keçiriləcək "INMerge" Innovasiya Sammitinə qatılacaq.

Bundan əlavə, tədbirdə "Genai Works" şirkətinin yaradıcısı Steve Nouri, "Nvidia" şirkətinin biznes inkişafı üzrə rəhbəri Anton Dzhorayev, "Nestle" şirkətinin innovasiya üzrə rəhbəri Gaelle Bou Abdo, "Vodafone" şirkətinin region üzrə rəhbəri Johannes Hummes, "Amazon" şirtkətinin vitse-prezidenti Werner Vogels, "Avito" şirkətinin keçmiş baş marketing direktoru Maxim Kan, eləcə də "Paradox Strategies" və "InnovationForce" şirkətlərinin qurucusu, Harvard Biznes Məktəbinin professoru Linda Hill kimi spikerlar da iştirak edəcəklər.

Onlarla yanaşı, ölkəmizdən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov və ekosistem üzrə baş icraçı dirertor Fərid Məmmədov, "Kapital Bank"ın baş icraçı direktoru Fərid Hüseynov, "PAŞA Bank"in İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev, "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi"nin sədri İnarə Vəliyeva və"4SİM" icraçı direktoru Fariz Cəfərov çıxış edəcəklər.

Qeyd edək ki, "INMerge" İnnovasiya Sammiti Bakıda 10-11 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək.

Əlavə məlumat və biletlərin əldə edilməsi üçün www.inmerge.az saytına daxil olun.

Oxşar xəbərlər

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Daha bir YENİLİK OLACAQ

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Daha bir YENİLİK OLACAQ

Metroda eskalatorların fasiləsiz işləməsi üçün həm texniki baxışların vaxtında aparılması, həm də avadanlığın yenilənməsi vacibdir. BAKU.WS xəbər verir ki, mütə...

398 Sosial 20:38 09 sentyabr 2025

Son xəbərlər