Yol polisindən dərs ilinin başlaması ilə bağlı VACİB MÜRACİƏT
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
İdarədən BAKU.WS-ə verilən məlumata görə, müraciətdə deyilir:
"Yeni tədris ilinin başlanması küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olacaq.
Bunları nəzərə alaraq, bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə mane yaratmasınlar.
Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamağı tövsiyə edirik".
Oxşar xəbərlər
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi bölgələrində noyabrın 24-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə BAKU.WS-ə Milli Hidrometr...