Yeni tədris ilində yeni format - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 1-dən “Mədəniyyət” telekanalında “Dərs vaxtı” proqramının yayımına start verilir.
BAKU.WS xəbər verir ki, şagirdlər üçün həftənin beş günü tarixdən riyaziyyata, ədəbiyyatdan kimyayadək məktəbdə keçirilən bütün fənlərin televersiyası nümayiş olunacaq.
Teledərslər yeni studiyada, təcrübəli müəllimlərin izahı ilə təqdim ediləcək. Hər günə dair dərs cədvəlləri sizinlə əvvəlcədən paylaşılacaq.
Unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.
Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
Oxşar xəbərlər
"Dərs vaxtı"nın 29 may cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin və mayın 29-u üçün nəzərdə tutulan cədvəli açıqlanıb. BAKU.WS xəbər verir ki, Təhsi...