Yeni Günəşli sakinlərinin probleminə niyə laqeyd yanaşılır?
Yeni Günəşli qəsəbəsinin D massivində, 29 saylı binanın ərazisində içməli su xəttində qəza baş verib. Qəza nəticəsində ərazidə su təchizatında problem yaranıb.
Baku TV-nin məlumatına görə, mövcud vəziyyət sakinlərin narazılığına səbəb olub.
Onların sözlərinə görə, ərazidəki su boruları ay ərzində təxminən 4-5 dəfə partlayır. Nəticədə içməli su saatlarla ətrafa axaraq israf olunur. Sakinlər bildirirlər ki, su borularının keyfiyyətsiz olması səbəbindən xətt tez-tez sıradan çıxır.
Onların sözlərinə görə, boru hər dəfə təmir olunsa da, problem köklü şəkildə həll edilmir. Su xəttində baş verən qəzalar ərazinin vəziyyətinə də mənfi təsir göstərib. Borudan axan su yolun ətrafında gölməçələrin yaranmasına səbəb olur. Davamlı su sızmasının torpağın yumşalmasına, çökmə və sürüşmə riskinin yaranmasına səbəb ola biləcəyi bildirilir.
Oxşar xəbərlər
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev oktyabrın 16-da saat 10:00-da Səbail rayon prokurorluğunun inzibati binasında vətəndaş qəbulu keçirəcək. BAKU.WS xəbər verir ki, bu b...