Yaponiyanın lüks avtomobil brendi Lexus ilin əsas yeniliyini açıqladı – Lexus LX 570
Lexus yeni LX 570 modelini Bakıda rəsmi olaraq təqdim edib.
Bir müddətdir şəhərin fərqli yerlərində "Öz yerini tut” mesajlı reklamı ilə diqqəti öz üzərinə çəkən Lexus şirkəti Elektra Hall-da keçirilən təqdimat mərasimində iddialı "Budur sizin yeriniz” ismarışını verərək lüks yolsuzluq avtomobili LX-in qapılarını müştərilərinin üzünə açıb.
"LX-in həm dizaynında, həm texniki göstəricilərində xeyli dəyişikliklər aparılıb” deyə yeni modeli anons edən Lexus Bakı şirkətinin baş direktoru Pərviz Qafarlı bu yeniliyin avtomobili daha üstün bir pilləyə daşıdığını qeyd edib.
Xüsusi dəvət olunmuş sənətçilərin çıxışından və böyük marağa səbəb olan möhtəşəm akrobatik şoudan sonra İSR Auto şirkətinin direktoru Endi Vatanabe qonaqları Azərbaycan dilində salamlayaraq LX-i rəsmi təqdim edib. Yenilənmiş LX-in ağ və qara rəngli modelləri səhnədə gur işıqlar altında nümayiş olunub.
Bu modelin Lexus-un flaqmanı və premium SUV-si olduğunu vurğulayan şirkət təmsilçisi eksteryerindəki dəyişikliyin LX-ə daha çox status gətirəcəyini qeyd edib. E. Vatanabe avtomobillə yaxından tanış olmaq üçün hər kəsi səhnəyə dəvət edib. LX-in yeni siması elə ilk nəzərdən hər kəsin böyük diqqətinə səbəb olub. Qonaqlar avtomobilin mühərrik sistemi və interyerinin yeni dizaynı ilə xüsusilə maraqlanıblar.
Qeyd edək ki, LX Yaponiyanın lüks avtomobil brendi Lexus-un premium dəbdəbə ilə yolsuzluq avtomobilinin bütün üstünlüklərini özündə cəmləyən rəqibsiz SUV-dir. Yeni LX-in radiator qəfəsinin dizaynı təkmilləşərək avtomobilə daha brutal və nüfuzlu imic qazandırır. Radiator qəfəsinin yol, dönmə və dumanəleyhinə işıqlar ilə cəlbedici vəhdəti ilk baxışdan böyük təəssürat oyadır. Eksteryerin dinamik profili, əzələli relyefi, tavan reylinqləri LX-ə daha eleqant görünüş bəxş edir. Lüks kateqoriya ilə real yolsuzluq imkanlarının sintezi olan yeni LX-in interyerində də xeyli dəyişiklər aparılıb. İnnovasiyalarla zəngin erqonomik salon 8 nəfərlikdir. Burada diqqəti ilk növbədə 12.3 düymlük əsas və 4,2 düymlük əlavə displeyin daxil olduğu qabaqcıl multimedia sistemi cəlb edir. Arxa oturacaqlardakı sərnişinlər üçün də 11,6 düymlük monitorlar təqdim olunur. Yeni interyerdəki bütün texniki özəlliklər sayəsində Lexus LX ilə istənilən səyahət lüks istirahətə çevriləcək.
Premium yolsuzluq avtomobili LX 5,7 litrlik V8 benzin mühərriki və yeni 8 pilləli avtomat sürət qutusu ilə təchiz olunub. Bu da öz növbəsində avtomobili 367 at gücü ilə təmin edir. Güclü V8 benzin mühərriki ilə LX sürət göstəricilərinə görə də üst mərhələyə adlayıb: indi SUV 7,7 saniyə ərzində 100 km/saat sürət yığmaq, saatda isə maksimum 210 km sürətlə hərəkət etmək iqtidarına malikdir. Bununla yanaşı, mühərrik xeyli qənaətcildir: yanacaq sərfi 100 km-ə 14,4 L-dir.
Azərbaycanın lüks avtomobil seqmentində xüsusi populyarlığı ilə fərqlənən Lexus-un hər yeni modeli innovativ lüksü təcəssüm etdirir. İdarəetmədəki komfort, qüsursuz yol performansı, tətbiq olunan yüksək texnologiyalar sayəsində Lexus LX ölkənin avtomobil bazarında premium keyfiyyət tələb edənlərin ən çox müraciət etdiyi modellərdən biridir. Sahibinə status qazandıran LX dinamik sürüş keyfiyyətləri və erqonomik interyeri ilə müştərilərini bənzərsiz komfort, hərtərəfli düşünülmüş təhlükəsizlik və qayğı ilə mükafatlandırır. Ənənəvi Lexus keyfiyyətinin innovativ yeniliklərlə növbəti uğurlu sintezi kimi təqdim olunan yeni Lexus LX-in da ən tələbkar gözləntiləri doğruldaraq premium kateqoriyada öz unikal yerini tutacağı proqnozlaşdırılır.
Oxşar xəbərlər
Bakıda güllə səsləri eşidildi: ölən var (FOTO)
Bu gecə saat 3 radələrində Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib. BAKU.WS-in aznews.az-a istinadən verdiyi məlumata görə, qara rəng...