Yalçın Rəfiyev: "Quru sərhədlərinin qapalı olması COP29-da iştirakçı sayına təsir etməyəcək"

"Quru sərhədlərinin qapalı olması amilinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransında (COP29) iştirakçı sayına təsir edəcəyi ehtimalını düşünmürük".
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.
O vurğulayıb ki, quru sərhədləri Nazirlər Kabinetinin sərəncamında olan məsələdir.
"Həmin dövr üçün qiymətləndirmə müvafiq qurumlarımız tərəfindən aparılıb qərar veriləcək. Əvvəlki COP və digər beynəlxalq tədbirlərlə bağlı təcrübələrə əsasən, yerli sanitariya, epidemioloji vəziyyət həmişə ön planda tutulur. Ancaq ümumi qiymətləndirmə olaraq quru sərhədlərinin qapalı olması amilinin COP29-dakı iştirakçı sayına təsir edəcəyi ehtimalını düşünmürük", - baş danışıqçı əlavə edib.

Oxşar xəbərlər
COP Simulyasiya Konfransı çərçivəsində Xankəndi Gənclər Paktı imzalanacaq
Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı və İslam Əməkdaşlıq Gənclər Forumu (İƏGF) Avrasiya Regional Mərkəzinin...