Yağış sularından əziyyət çəkən əhali peyvənd olunacaq? - Nazirlik AÇIQLADI
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda sel və daşqınlar zamanı yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır.
Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, belə hallarda, xüsusilə Hepatit A virusuna qarşı vaksinasiya ən effektiv qorunma üsullarından biri hesab olunur. Lakin hazırda Azərbaycanda Hepatit A əleyhinə peyvənd Milli Profilaktik Peyvənd Təqviminə daxil edilmədiyindən, dövlət tibb müəssisələrində planlı şəkildə tətbiq olunmur.
Qeyd olunub ki, bununla belə, Səhiyyə Nazirliyi tərəfindən immunizasiya proqramı mütəmadi olaraq təhlil edilir və təkmilləşdirilir. Əhalinin yoluxucu xəstəliklərdən qorunması istiqamətində zəruri addımların atıldığı vurğulanıb.
Açıqlamaya görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ölkə ərazisində yoluxucu xəstəliklərin profilaktikasına yönəlmiş tədbirlər planlı və davamlı şəkildə həyata keçirilir.
Banu Hüseynli
Oxşar xəbərlər
Bir sıra ərazilər qazsız qalacaq
Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəq...