Xüsusi fəaliyyət rejimi ləğv edilib

Xüsusi fəaliyyət rejimi ləğv edilib
Sosial 953
Paytaxtın enerji təminatında yaranan çətinliklərin əmələ gətirdiyi problemlər aradan qaldırıldığından müntəzəm marşrut xətləri üzrə tətbiq edilən xüsusi fəaliyyət rejimi ləğv edilib.Bakı Nəqliyyat Agentliyindən (BNA) BAKU.WS-ə verilən xəbərə görə, hazırda müntəzəm sərnişindaşımaları adi günlərdə olduğu kimi davam etdirilir."Bakı Nəqliyyat Agentliyi 3-4 iyul tarixlərində sərnişin daşınmasını xüsusi fəaliyyət rejimində təşkilində yaxından iştirakına və göstərdikləri köməyə görə daşıyıcılara, nəqliyyat əməliyyatları ilə bağlı əhalinin vaxtında məlumatlandırılması və maarifləndirilməsi işlərində göstərdikləri əvəzsiz dəstəyə görə kütləvi informasiya vasitələrinə təşəkkür edir. Bununla yanaşı, ötən iki gün ərzində nəqliyyat sistemində yaranan çətinlikləri anlayışla qəbul edib yüksək vətəndaşlıq mövqeyi göstərən əhaliyə də dərin minnətdarlığımızı bildiririk," - deyə məlumatda vurğulanıb.BAKU.WS

Oxşar xəbərlər

Bakıda metro işləmir, avtobuslar sərnişinləri pulsuz daşıyır - FOTO

Bakıda metro işləmir, avtobuslar sərnişinləri pulsuz daşıyır - FOTO

03 iyul 2018-ci il tarixində Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişində məhdudiy...

3900 Sosial 09:03 04 iyul 2018

Son xəbərlər