BNA: Avtobuslar gecə saatlarınadək fəaliyyət göstərəcək
03
iyl
2018
23:52
Sərnişindaşıma sahəsində vəziyyətin normallaşdırılması, müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. BAKU.WS Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, saat 22:00-yə olan məlumata görə, “20 Yanvar” metro stansiyasının çıxışları ətrafında sərnişinlərin marşrut xətləri üzrə maneəsiz daşınması təmin edilib.Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən ətraf ərazilərə avtobusların rahat və maneəsiz hərəkəti təmin edilib: "Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən şəhər mərkəzinə gedən əhalinin də vaxtında və rahat daşınması üçün zəruri tədbirlər görülüb. Artıq hər hansı bir narahatlıq müşahidə olunmur".Metronun “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və yaxın ərazilərdə də əhalinin daşınması hazırda çətinlik olmadan həyata keçirilir.Metronun “Nəsimi”, “Azadlıq Prospekti” və “Dərnəgül” stansiyalarının ətrafında da sərnişin axının tam şəkildə idarə olunur.“Ulduz”, “N.Nərimanov” və “Gənclik” metrostansiyaları ətrafında da sərnişindaşımada çətinlik müşahidə olunmur.“28 May” metrosu stansiyasından Əhmədli, Günəşli qəsəbələri və Koroğlu istiqamətlərində yaranan sərnişin sıxlığı da nəqliyyat vasitələrinin sayının artırılması ilə aradan qaldırılıb. "Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən bütün marşrutlar üzrə xətlərə maksimum dərəcədə nəqliyyat vasitəsi cəlb edilib. Bir daha bəyan edirik ki, müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti gecə saatlarınadək davam edəcək. Yol hərəkətinin təşkili üzrə görülən tədbirlər nəticəsində Zığ Dairəsi-Hava limanı avtomagistralında elektron məlumat lövhələrinin fəaliyyəti bərpa edilib", - deyə məlumatda vurğulanıb.Bundan ba.qa “20 Yanvar” dairəsindən sərnişinlərin birbaşa Sumqayıt istiqamətində daşınması təmin edilib. Bakı Nəqliyyat Agentliyi ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin koordinasiyalı işi sayəsində 20 ədəd iritutumlu avtobus cəlb edilib.BNA-dan bildirilib ki, hazırda Bakı Nəqliyyat Agentliyinin ərazisində “BakuBus” MMC-yə məxsus 10-dan artıq nəqliyyat vasitəsi ehtiyat tədbirləri üçün hazır vəziyyətdə saxlanılır."Zərurət yaranacağı təqdirdə həmin avtobuslar da sərnişinlərin xidmətinə veriləcək", - deyə məlumatda vurğulanıb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda bu avtobusların istiqaməti dəyişdirildi - SİYAHI
Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 10 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.Bakı Nəqliyyat Agentl...