Bakı Nəqliyyat Agentliyindən Bilik Günü ilə bağlı QƏRAR
11
sen
2017
15:46
15 sentyabr - Bilik Günü ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi paytaxtda yarana biləcək sıxlığın aradan qaldırılması ilə bağlı tədbirlər görüb.Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi həmin gün səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatmasını təmin etmək üçün paytaxtda müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərə xüsusi göstəriş verib.Göstərişə əsasən, sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitəsinin sayı artırılmalıdır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadın sərnişin avtobus sürücüsünə hücum etdi - REAL VİDEO
61 nömrəli marşrut xətti üzər hərəkət avtobusun sürücüsü qadın sərnişinin hücumuna məuz qalıb. Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verili...