BNA dünən 40 min azarkeş daşıyıb - VİDEO
23
noy
2017
18:39
22.11.2017 tarxində UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Çelsi” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib. Bunu BAKU.WS BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, oyun günü Bakı Olimpiya Stadionundan müəyyən olunmuş istiqamətlərdə (metronun “Qara Qarayev”, “28 May” və “20 Yanvar” stansiyalarına) fəaliyyət göstərən ekspress xətt avtobusları ilə ümumilikdə 30010 nəfər sərnişin daşınıb. Prosesə 442 sərniışin avtobusu cəlb edilib. Bununla yanaşı Oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (saat 21:30-dan 00:00-dək müddətdə) 31 sayda marşrut xətti üzrə 10000 nəfərdən çox sərnişinin daşınması təmin edilib. Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma prosesinin həyata keçirilməsində göstərdikləri dəstəyə görə Daxili İşlər Nazirliyinə, eləcə də müntəzəm sərnişdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə təşəkkürünü bildirir. Eyni zamanda, göstərdikləri səbr və anlayış üçün azarkeşlərə minnətdarıq. UEFA Çempionlar Liqasında ölkəmizi uğurla təmsil edən “Qarabağ” futbol komandasına isə gələcəkdə parlaq qələbələr arzulayırıq. BAKU.WS
Oxşar xəbərlər
Polis generalı "Qarabağ" Çelsi" oyunu haqqında: "Təhlükəsizlik tam təmin olunacaq"
Noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyununda azarkeşlərin təhlükəsizliyi tam təmin olunacaq.BAKU.WS-in məlumatına görə, bu...