Polis generalı "Qarabağ" Çelsi" oyunu haqqında: "Təhlükəsizlik tam təmin olunacaq"
21
noy
2017
18:00
Noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyununda azarkeşlərin təhlükəsizliyi tam təmin olunacaq.BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov deyib.Rəis müavini bildirib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirlər planı təstiqləyib: "Cənab nazirin təstiq etdiyi tədbirlər planına uyğun olaraq, əraziyə polis qüvvəsi cəlb ediləcək və azarkeşlərin təhlükəsizliyi təmin ediləcək".S.Bağırov əlavə edib ki, futbol matçı zamanı ərazi tam mühafizə olunacaq.Xatırladaq ki, noyabrın 22-si saat 21:00-da Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Çelsi" oyunu keçiriləcək.Oyun üçün nəzərdə tutulan 67 500 bilet artıq satılıb.BAKU.WS
Oxşar xəbərlər
Bakı Olimpiya Stadionundan "Qarabağ-Çelsi" oyunu ilə bağlı müraciət (FOTO)
Bakı Olimpiya Stadionu UEFA Çempionlar Liqası çərçivəsində noyabrın 22-də keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu üçün stadiona gəliş-gediş sxemini təqdim edib.BA...