Qarabağ-Çelsi oyunundan sonra azarkeşləri daşımaq üçün 400-dən artıq avtobus ayrılıb
20
noy
2017
13:15
Noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Çelsi” oyununu izləyəcək tamaşaçıların qarşılaşma bitdikdən sonra daşınması ekspress xətt avtobusları ilə həyata keçiriləcək.Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə. ekspress xətt avtobusları Bakı Olimpiya Stadionun ərazisindən 3 istiqamətdə-metronun “Qara Qarayev”, “20 yanvar” və “28 may” stansiyaları istiqamətində hərəkət edəcək.Ekspress xətt avtobuslarından istifadə edəcək tamaşaçılar Oyundan sonra stadionun şimal çıxışı istiqamətində (Böyük Şor gölünə doğru olan körpü) hərəkət etməlidirlər. Tamaşaçılara Şimal çıxışında eskpress xətt avtobuslarının hərəkət istiqamətini bildirən məlumat lövhələrinə diqqət yetirmələri xüsusi ilə tövsiyə edilir. Məlumat üçün bildiririk ki, şimal çıxışından sol istiqamətdə metronun “Qara Qarayev”, sağ istiqamətdə “28 May”, üzbəüz yolda isə “20 yanvar” stansiyasına gedəcək avtobuslar sərnişinlərə xidmət göstərəcək. Sərnişinlərin vaxtında və rahat daşınması üçün 3 ekspress xətt üzrə ümumilikdə 400-dən artıq avtobus ayrılıb.Bakı Olimpiya Stadionuna şəxsi avtomobili ilə gələn tamaşaçılar nəqliyyat vasitələrini İctimai Nəqliyyat Terminalında park etməlidirlər. Oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi də fəaliyyətini davam etdirəcək. Bakı Nəqliyyat Agentliyi azarkeşlərə stadiona gələrkən mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, eyni zamanda hərəkətin təhlükəsizliyi ilə bağlı bəzi qaydalara mütləq şəkildə əməl etmələrini tövsiyə edir.BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ"- "Atletiko" oyununa gedənlərin NƏZƏRİNƏ
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu gün UEFA Çempionlar Liqasının III turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” (Ağdam) – “Atletiko” (Madrid) oyunu ilə...