Xıdırlı kəndinə köçən Tibb Universitetinin tələbəsi ata yurdunda həkim işləmək arzusundadır

Mən Ağdamı heç vaxt görməmişəm, amma böyüklərimiz Ağdamın havasından, suyundan, insanlarının mehribanlığı haqda çox danışıblar.
BAKU.WS xəbər verir ki, bu sözləri bu gün Ağdam rayonunun Xıdırlı kəndinə qayıdan keçmiş məcbur köçkün və Azərbaycan Tibb Universitetinin tələbəsi Aytac Nəbiyeva deyib.
"Təəssüf ki, mən işğal səbəbindən orada böyümədim, lakin ata yurdumdur. Həmişə bu günün xəyalını qururduq, nəhayət, o gün gəlib çatdı. Tibb Universitetinin tələbəsi olaraq gələcəkdə Ağdamda həkim olaraq işləmək fikrim var. Ata yurdumda öz sakinlərimizə bir həkim kimi təmənnasız fayda verməkdən gözəl nə ola bilər ki? Çünki bizim şəhidlərimiz məhz bunun üçün öz qanını axıdıb. Köç karvanına qoşulan insanların gözlərindəki parıltını görmək inanılmaz hissdir".
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün Ağdam rayonunun Xıdırlı kəndinə 58 ailə - 225 nəfər yola salınıb.
Oxşar xəbərlər
Şüvəlandakı park uşaqlar üçün təhlükəyə çevrilib - İDDİA
Şüvəlan qəsəbəsinin Şimal DRES massivində salınan park hazırda baxımsız və təhlükəli vəziyyətdədir. Parkda işıqlandırma sistemi yoxdur, yollar palçıqlı, yaşıllı...