Xəzərdəki kiçikhəcmli gəmilərə çağırış edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-200 metr təşkil edəcəyi proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, FHN kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır.
Oxşar xəbərlər
Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ
Xəzər dənizində suyun səviyyəsinin azalması Bakı sahillərinin gələcək görünüşü ilə bağlı bir sıra suallar yaradır. Dənizin geri çəkilməsi nəticəsində əvvəllər s...