XƏBƏRDARLIQ - Bu tarixdən güclü yağış, sel və qar gözlənilir

XƏBƏRDARLIQ - Bu tarixdən güclü yağış, sel və qar gözlənilir
Sosial 27234

Bakıda və Abşeron yarımadasında dekabrın 1-i gündüzdən 2-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında dekabrın 1-i gündüzdən 3-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Oxşar xəbərlər

Quterreş Novruz təbrikində sülhsevər və dayanıqlı gələcək arzulayıb

Quterreş Novruz təbrikində sülhsevər və dayanıqlı gələcək arzulayıb

BMT-nin Azərbaycandakı nümayəndəliyi qurumun baş katibi Antonio Quterreşin Novruz bayramı münasibətilə müraciətini dərc edib. BAKU.WS xəbər verir ki, bu barədə...

20 Sosial 10:53 21 mart 2026

Son xəbərlər