Xəbərdarlıq: Bu gündən bu ərazilərdə avtomobil saxlamayın

Xəbərdarlıq: Bu gündən bu ərazilərdə avtomobil saxlamayın
Sosial 3249

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda keçiriləcək Azərbaycan Qran Prisi ilə bağlı hazırlıq işlərini davam etdirir.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu gündən etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinə start verilir.

Trekin Xəqani küçəsinin Puşkin və Bülbül küçələri ilə olan kəsişmələri arasındakı hissəsində martın 27-dən 31-dək hər gün gecə saatlarında, saat 22:00-dan səhər saat 06:00-dək, baryer quraşdırma işləri aparılacaq. Paytaxt sakinlərindən xahiş olunur ki, göstərilən müddət ərzində bu ərazidə avtomobillərini saxlamasınlar.

BAKU.WS

Oxşar xəbərlər

Bulvara giriş bağlandı

Bulvara giriş bağlandı

Bulvara giriş bağlandı. ANS PRESS-in məlumatına görə, Formula 1 Şəhərciyinin olduğu Milli Dənizkənarı Park ərazisi iyunun 15-i gecə saat 00:00-dan etibarən bağl...

1840 Şou-biznes 10:11 15 iyun 2016

Son xəbərlər