Xarici pasportların alınması və itirilməsinə görə bu gündən yeni rüsumlar tətbiq olunacaq

Xarici pasportların alınması və itirilməsinə görə bu gündən yeni rüsumlar tətbiq olunacaq
Sosial 3107

Bu gündən Azərbaycanda xarici pasportların alınması və itirilməsinə görə yeni rüsumlar tətbiq olunacaq.

BAKU.WS xəbər verir ki, bu, "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklərdə əksini tapıb.

Belə ki, ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata;

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 20 manatdan 25 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 30 manatdan 35 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 40 manatdan 60 manata.

Beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

- bir yaşınadək uşaqlar üçün –20 manatdan 25 manata

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 60 manatdan 75 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 80 manatdan 120 manata

Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata;

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 80 manatdan 115 manata;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 120 manatdan 155 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 160 manatdan 210 manata qaldırılıb.

Bundan əlavə, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar da artırılıb.

Belə ki, ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən on iş günü müddətində verildikdə:

- bir yaşınadək uşaqlar üçün– 20 manatdan 25 manata;

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 30 manatdan 40 manata;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 50 manatdan 75 manata

Beş iş günü müddətində verildikdə:

- bir yaşınadək uşaqlar üçün– 30 manatdan 40 manata

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 50 manatdan 70 manata

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 70 manatdan 100 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 90 manatdan 135 manata

Bir iş günü müddətində verildikdə:

- bir yaşınadək uşaqlar üçün– 50 manatdan 65 manata;

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 90 manatdan 125 manata;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 130 manatdan 165 manata;

- on səkkiz yaşına çatmış vətəndaşlara – 170 manatdan 220 manata qaldırılıb.

Son xəbərlər