Xarici ölkə vətəndaşına ərə gedən Azərbaycan qadınlarının yeni STATİSTİKASI
04
sen
2018
15:54
2018-ci ilin 6 ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 27 525 nikaha daxilolma halları qeydə alınıb.BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statsitika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Leyla Kərimova modern.az-ın sorğusuna cavab olaraq bildirib.L.Kərimovanın sözlərinə görə, onlardan 552-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanıb. 449-u isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır.Komitə rəsmisi deyib ki, Azərbaycan vətəndaşı olan qadınlar əsasən Türkiyə, Rusiya Federasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha daxil olublar.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda evlənmə yaşı artıb - Son 27 ilin ən yüksək göstəricisi
Azərbaycanda son 27 il ərzində ilk dəfə olaraq, ötən il kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb.BAKU.WS trend-ə istinadən xəbər verir ki, ümumil...