Xaricdən sifariş verilən malların qiyməti bahalaşacaq? - Komitə sədrindən AÇQLAMA
"Onlayn platformalar və rəqəmsal xidmətlərlə bağlı gözlənilən vergi dəyişiklikləri məhsulların qiymətinə birbaşa təsir etməyəcək".
Bunu BAKU.WS-ə Milli Məclisin deputatı Vüqar Bayramov açıqlayıb.
Onun sözlərinə görə, dəyişikliklər əsasən iş və xidmətlərə, xüsusilə də qeyri-rezidentlər tərəfindən təqdim olunan iri məbləğli rəqəmsal xidmətlərə şamil ediləcək:
"Bu səbəbdən onlayn platformalarda satılan fiziki məhsulların qiymətində birbaşa artım gözlənilmir. Əsas təsir daha böyük məbləğdə olan və xarici şirkətlər tərəfindən göstərilən xidmətlərin xərcində özünü göstərə bilər. Bu isə həmin xidmətlərin uçotunun aparılması və rəsmiləşdirilməsi ilə bağlıdır.
Yeni mexanizm nəticəsində:
qeyri-rezident rəqəmsal xidmət təminatçıları vergi uçotuna alınacaq,
hesabat və ödəniş sistemlərini yerli qanunvericiliyə uyğunlaşdıracaq,
göstərdikləri xidmətlər üzrə vergi ödəyəcəklər.
Bu isə bəzi hallarda xidmət haqlarında müəyyən artıma səbəb ola bilər. Lakin dəyişikliklər gündəlik onlayn alış-veriş məhsullarına şamil olunmur".
Vüqar Bayramov vurğulayıb ki, dəyişikliklərin əsas məqsədi iki istiqamətlidir:
"Yerli sahibkarların maraqlarının qorunması - vergi ödəyən yerli bizneslərlə xarici platformalar arasında yaranan haqsız rəqabətin qarşısı alınacaq.
Dövlət büdcəsinin gəlirlərinin artırılması - indiyədək vergiyə tam cəlb olunmayan rəqəmsal fəaliyyətlərdən büdcəyə vəsait daxilolmaları təmin ediləcək.
Bu addım həm iqtisadi, həm də fiskal xarakter daşıyır. Çünki əvvəlki qaydalara əsasən dövlət büdcəsi həmin fəaliyyətlərdən tam həcmdə gəlir əldə edə bilmirdi.
Qanun layihəsində rəqəmsal xidmət göstərən qeyri-rezident şirkətlər üçün altı aylıq keçid müddəti nəzərdə tutulur. Bu müddət ərzində onlar vergi uçotu, hesabat və ödəniş sistemlərini yeni tələblərə uyğunlaşdırmalıdırlar".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakının bu küçələrində YOLLAR BAĞLANACAQ
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonu, Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqli...