Xaricdən sifariş edilən məhsullarla bağlı VACİB AÇIQLAMA
"Qlobal təcrübə göstərir ki, onlayn ticarət daxili bazara alternativ mexanizm kimi çıxış edir. Əgər ölkə daxilində distribyutorlar məhsulu yüksək qiymətə təklif edirlərsə, vətəndaş həmin məhsulu xaricdən onlayn sifariş etməklə daha sərfəli qiymət əldə edə bilir. Bu isə bazarda rəqabəti gücləndirir".
Bunu BAKU.WS-ə açqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib
AQC sədri əlavə edib ki, onlayn ticarətin genişlənməsi daxili bazar üçün müəyyən çətinliklər yarada bilər:
"Buna görə də bir çox ölkələr, o cümlədən Azərbaycan, daxili bazarı qorumaq məqsədilə müəyyən vergi və rüsum mexanizmləri tətbiq edir.
Burada optimal balansın qorunması vacibdir. Nə onlayn ticarətə tam maneə qoyulmalıdır, nə də tam nəzarətsiz şəkildə genişlənməsinə imkan verilməlidir. Müəyyən rüsumlar tətbiq etməklə həm daxili bazarın maraqları qorunmalı, həm də vətəndaşların daha sərfəli məhsul əldə etmək imkanı saxlanılmalıdır.
Eyni zamanda vacib bir məqam da var: onlayn qaydada sifariş edilən məhsulların keyfiyyəti hər zaman təqdim olunan təsvirə uyğun olmur. Bir çox hallarda vətəndaş məhsulu əldə etdikdə gözləntilərinin doğrulmadığını görür. Ucuz qiymət müqabilində keyfiyyət baxımından aşağı səviyyəli məhsul əldə edilir.
Bu səbəbdən dövlət nəzarət mexanizmləri gücləndirilməli, istehlakçılar daha diqqətli və ehtiyatlı davranmalı və sertifikatlaşdırma və keyfiyyət yoxlamaları təkmilləşdirilməlidir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Horadiz-Ağbənd dəmiryol xəttinin tikintisinin böyük hissəsi tamamlanıb
Zəngəzur dəhlizinə gedən yol olan Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirilməsi 85%, tikintisi isə 70% həcmdə tamamlanıb. BAKU.WS xəbər verir ki, bu barəd...