Xaricdən mal sifariş verənlərə XƏBƏRDARLIQ - Bu SMS-lərə aldanmayın - VİDEO

Bağlamaların çatdırılması ilə bağlı vətəndaşlara "Azərpoçt"un adından saxta SMS-lər göndərilir.
Kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək çatdırılma ünvanının yalnış olduğunu deyirlər. Onlar məhsulu çatdıra bilmədiklərini deyirlər və ünvanın yenilənməsi üçün vətəndaşları saxta keçidlərə yönləndirirlər.
İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev "Xəzər Xəbər"ə deyib ki, belə mesajların göndərilməsində məqsəd vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsidir.
Ekpert naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi tövsiyə edir.
Qeyd edək ki, "Azərpoçt" MMC də bununla vətəndaşlara xəbərdarlıq edib. Rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirmək tövsiyə olunur.
Oxşar xəbərlər
Mobil telefonunuza bu mesaj gəlsə... - Elektron Təhlükəsizlik Xidmətindən XƏBƏRDARLIQ
“Azərpoçt” MMC-nin adından dələduzluq halları davam etməkdədir. Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Belə ki, kiberdələduzlar vətəndaşlara me...