Yuxuların gerçəkləşdiyi gün yetişdi: Növbəti köç karvanları Xocavənd, Şuşa və Cəbrayıla çatıb

Yuxuların gerçəkləşdiyi gün yetişdi: Növbəti köç karvanları Xocavənd, Şuşa və Cəbrayıla çatıb
Foto
Sosial 69

Növbəti köç karvanları Xocavənd, Cəbrayıl və Şuşaya çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, sakinlərə evlərin açarları təqdim edilib.

Qeyd edək ki, bu mərhələdə Xocavəndin Hadrut qəsəbəsinə 4 ailə - 15 nəfər, Cəbrayılın Şükürbəyli kəndinə 7 ailə - 28 nəfər, Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə 3 ailə - 14 nəfər köçürülüb.

*** 06:56

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış davam etdirilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Kərkicahan qəsəbəsinə 8 ailə - 34 nəfər, Hadrut qəsəbəsinə 4 ailə - 15 nəfər, Şükürbəyliyə 7 ailə - 28 nəfər, Böyük Qaladərəsinə 3 ailə - 14 nəfər, Ballıcaya 2 ailə - 7 nəfər, Badaraya 2 ailə - 5 nəfər, Xanabada 2 ailə - 5 nəfər, Həsənrizə 13 ailə - 53 nəfər, Çıldırana 13 ailə - 53 nəfər, Vəngliyə isə 4 ailə - 23 nəfər köçürülüb.

Xankəndi şəhərinin Kərkicahan, Xocavənd rayonunun Hadrut qəsəbələri, Cəbrayılın Şükürbəyli, Şuşanın Böyük Qaladərəsi, Xocalının Ballıca, Badara və Xanabad, Ağdərənin Çıldıran, Vəngli və Həsənriz kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər