Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür

Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür
Sosial 55

Oktyabrın 20-si böyük sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür.

Ş.Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub.

O, Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb.

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib.

1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edə bilib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni ifa edib, Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub.

1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Ş.Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanıb.

O, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edib. Şövkət Ələkbərovanın repertuarındakı "Segah", "Qatar", "Şahnaz" kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları milyonlarla insan tərəfindən sevə-sevə dinlənilib.

Ş.Ələkbərova fevralın 7-də 1993-cü ildə dünyasını dəyişib.

Oxşar xəbərlər

Evləri sökülən sakinlər MTK-dan nə istəyirlər?

Evləri sökülən sakinlər MTK-dan nə istəyirlər?

Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 16 ünvanındakı ikimərtəbəli tikilidə məskunlaşan keçmiş məcburi köçkünlər ərazidə söküntü və tikinti işləri apar...

123 Sosial 23:17 06 dekabr 2024

Son xəbərlər