Xalq artisti koronavirusdan sağaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Nəzakət Teymurova sağalıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib.
Xalq artisti özünə göstərdiyi köməyə görə Azərbaycanın I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib:
“Hörmətli Mehriban xanım! Bir sənət insanı olaraq Sizin qayğınızı hər zaman hiss etmişik. Bu çətin günlərimdə amansız xəstəliyə qalib gəlməyimin də səbəbkarı siz və fədakar həkimlərimizdir. Xəstəxanada yatarkən Sizin insansevərliyinizin bir daha şahidi oldum. Öz və ailəmizin adından Sizə və rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun bütün əməkdaşlarına təşəkkür edirəm! Allah Sizi qorusun!“
Oxşar xəbərlər
Çarəsizliyin dözülməzliyi: Ölümün bir addımlığında - Koronavirus klinikasından VİDEOREPORTAJ
İmdad diləyən səssiz baxışlar, alınan ağır nəfəs, həyat uğrunda olum, ya ölüm mübarizəsi... Süni tənəffüs aparatı ilə nəfəs alan xəstələrdən birindən “Su, nəfəs...