Xaləddin İsgəndərovun iki kadrı işdən çıxarıldı
25
avq
2018
13:03
Bakının Binəqədi rayonu, Binəqədi rayon Bələdiyyələr şurasının sədri, Binəqədi bələdiyyəsinin xanım sədri Sitarə Cabbarlı ilə müavini Sabir Həsənov işdən çıxarılıb.BAKU.WS “minval.info”ya istinadən xəbər verir ki, adları qalmaqallı hadisələrdə hallanan hər iki şəxs ötən gün vəzifədən göndərilib.Binəqədinin keçmiş icra başçısı olan Xaləddin İsgəndərovun kadrları hesab edilən Sitarə Cabbarlı və Sabir Həsənov vəzifə üstündə tez-tez dalaşıblar.Sitarə Cabbarlı barəsində yerli KİV-də yetərincə şikayətlər dərc edilib. Məlumata görə, hər iki şəxsin vəzifədən uzaqlaşdırılmasına səbəb onlar haqqında sakinlərin onlarla şikayət məktubu yazmasıdır.BAKU.WS
Oxşar xəbərlər
Binəqədinin yeni icra başçısı görüləcək işlərdən danışıb
Ötən gün Binəqədi rayonuna yeni təyin edilən icra başçısının təqdimat mərasimi keçirilib.BAKU.WS-ə daxil olan məlumata görə, yeni icra başçısı Elxan Şamil oğlu...