Binəqədinin yeni icra başçısı kimdir?

Binəqədinin yeni icra başçısı kimdir?
Şou-biznes 5139
Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.BAKU.WS “modern.az” saytına istinadən xəbər verir ki, Elxan Allahverdiyev Kapital Bank-ın idarə heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır.Əldə etdiyimiz məlumata görə, Elxan Allahverdiyev bir müddət Fövqaladə Hallar Nazirliyində (FHN) çalışıb. Daha sonra özəl tikinti şirkətlərindən birinə rəhbərlik edib.Bu gün saat 16:00-da yeni başçının kollektivə təqdim ediləcəyi gözlənilir.Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov ötən həftə işdən çıxarılıb.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər