"Wizz Air" oktyabrda Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayacaq
Bu ilin oktyabr ayından Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti olan "Wizz Air" Bratislava-Bakı-Bratislava marşrutu üzrə birbaşa reyslərə start verəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Bildirilib ki, Bakı aeroportu beynəlxalq uçuş şəbəkəsini ardıcıl şəkildə genişləndirərək sərnişinlər üçün daha çox seçim və daha əlçatan səyahət imkanları yaradır:
"Hazırda hava limanında fəaliyyət göstərən aviaşirkətlərin təxminən yarısını aşağıbüdcəli və hibrid biznes modeli ilə fəaliyyət göstərən aviadaşıyıcılar təşkil edir. Bu gün 20-yə yaxın aşağıbüdcəli və hibrid aviaşirkət Bakıdan 20-dən çox beynəlxalq istiqamətə birbaşa uçuşlar həyata keçirir. "Wizz Air", "Pegasus Airlines", "Air Arabia", "flydubai", "flynas" və digər aviadaşıyıcılar vasitəsilə sərnişinlər Budapeşt, Roma, İstanbul, Daşkənd, Dubay, Şarja, Antalya, Aktau və digər şəhərlərə səyahət edə bilirlər. Müxtəlif tarif modelləri və çevik uçuş cədvəlləri fərqli büdcə və səyahət ehtiyaclarına uyğun seçim imkanı təqdim edir".
Məlumatda qeyd edilib ki, 2026-cı ildə marşrut şəbəkəsi yeni istiqamətlərlə genişlənməyə davam edib. "FLYONE Asia" Daşkənd, "FLYONE" isə Kişineu istiqaməti üzrə müntəzəm uçuşlara başlayıb.
"Yeni aviaşirkətlərin və marşrutların cəlb edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl inkişaf strategiyasının tərkib hissəsidir. Bu, sərnişinlər üçün daha geniş marşrut və tarif seçimi yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq hava nəqliyyatı şəbəkəsində əlaqəliliyinin güclənməsinə töhfə verir", - Bakı aeroportundan bildirilib.
Oxşar xəbərlər
Vüqar Süleymanov: Azərbaycan dünyanın mina və partlayıcı sursatlarla ən çox çirklənmiş ölkələrindən biridir
Azərbaycan bu gün dünyanın mina və digər partlayıcı sursatlarla ən çox çirklənmiş ölkələrindən biridir. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ANAMA sə...