“WhatsApp” bunu qadağan edir

“WhatsApp” bunu qadağan edir
Sosial 301

“WhatsApp” messencerində “birdəfəlik” baxmaq üçün nəzərdə tutulan foto və videolarda yenilik olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu tip faylların ekran görüntüsünü qeyd etmək mümkün olmayacaq.

Belə qadağa artıq Android proqramının beta versiyasında sınaqdan keçirilir.

“WhatsApp” “birdəfəlik” faylı göndərməzdən əvvəl istifadəçini ona yalnız bir dəfə baxa bilməsi haqqında məlumatlandırır.

Mesajı başqasına yönləndirmək, saxlamaq, surətini çıxarmaq və ya ekran görüntüsünü çəkmək mümkün olmayacaq.

Bununla belə, “WABetaInfo” nəşrinin müəllifləri qeyd edirlər ki, istifadəçiyə ekranda baş verənləri başqa smartfonun kamerasında qeyd etməyə heç nə mane olmayacaq.

“WhatsApp” da bu risklərlə bağlı xəbərdarlıq etsin.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər