Vüsal Murtuzəliyev bu gün xəstəxanadan evə buraxılacaq
Aktyor Vüsal Murtuzəliyev bu gün müalicə aldığı Respublika Diaqnostika Mərkəzindən evə buraxılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya aktyorun bacısı Dilarə Əliyeva məlumat verib.
"Vəziyyəti yaxşıdır, bu gün xəstəxanadan buraxılacaq", - deyə aktyorun bacısı bildirib.
Qeyd edək ki, iyunun 19-də aktyor Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları və başgicəllənmə səbəbi ilə müraciət edib. Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib. Daha sonra ona anevrizma diaqnozu qoyularaq əməliyyat olunub.
Oxşar xəbərlər
Bakıda yaşayış binası TƏHLÜKƏDƏ: Torpaq sürüşməsi getdikcə artır
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşayış binasının ətrafında sürüşmə təhlükəsi getdikcə artır. BAKU.WS "Xəzər" TV-yə istinadla xəbər verir ki, güclü yağ...