Valideynləri narkotik aludəçisi olan azyaşlı sığınacağa yerləşdirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynləri narkotik aludəçisi olan azyaşlı ilə bağlı vəziyyəti nəzarətə götürüblər.
BAKU.WS xəbər verir ki, komitədən APA-ya verilən xəbərə görə, ötən gün sığınacağa yerləşdirilən azyaşlının vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları vəziyyətlə yerində tanış olublar.
Məlumat verilib ki, azyaşlı həkimlər tərəfindən artıq müayinə olunub.
Qeyd edək ki, azyaşlının valideynləri narkotik vasitə aludəçisidir və uşaq daim nəzarətsiz qaldığından anası tərəfindən dilənməyə məcbur edilib.
Narkotik aludəçisi olan valideynlər isə müayinə üçün Narkoloji Dispanserə göndərilib.
Məsələ Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir.
Oxşar xəbərlər
Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib. BAKU.WS-in məlumatına görə, Nazirlər Kabineti “Azərbaycan R...