Valideynlərə "Müəllimlər günü" ilə "Pul XƏBƏRDARLIĞI"
Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi 5 oktyabr - müəllimlər günü ilə əlaqədar pul yığılması, hədiyyələr edilməsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıqla çıxış edib.
BAKU.WS xəbər verir ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Agentliyin yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrinə Təlimat göndərilib, müvafiq tapşırıqları verilib.
"Bildiririk ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri - maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir", - məlumatda deyilir.
Oxşar xəbərlər
İftar vaxtı - 1 mart 2026: Ramazanın 11-ci günü
Ramazan ayının on birinci günündə - 1 mart 2026-cı ildə Azərbaycanda oruc tutanları gözləyən imsak və iftar saatları məlum olub. Ramazanın on birinci günü üçün...