Vaksin vurulandan nə qədər sonra yoluxma riski artmağa başlayır? - AÇIQLAMA
Peyvəndin hər insana müxtəlif təsiri ola bilər.
BAKU.WS xəbər verir ki, Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, iki doza vaksin vurulandan altı ay müddət keçdikdən sonra insanda immunitet aşağı düşür.
"Əgər insanın yan xəstəlikləri varsa, yaşlıdırsa, onun immuniteti daha zəifdir. Belə insanlara vurulan peyvəndin də qoruyuculuğu daha qısamüddətli ola bilər. Buna görə də ortalama altı ay müddət götürülür. Üçüncü doza vaksindən sonra isə necə olacağını tibbi təhqiqatlar göstərəcək", - deyə Təyyar Eyvazov bildirib.
Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 893 vaksin vurulub.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 213, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 935 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 426 930, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 067 433, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 549 652, buster doza üzrə vaksinasiya olunanların sayı isə 809 845 təşkil edir.
Oxşar xəbərlər
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 893 vaksin vurulub. BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mə...