ÜST-dən qorxudan açıqlama: “Koronavirus həmişəlik dünyada qala bilər”
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Vəziyyət direktoru Mayk Ryan koronavirusla bağlı ümidsiz açıqlamalar verib.
BAKU.WS DHA-ya istinadən xəbər verir ki, o, virusun nə zaman nəzarət altına alınacağını ehtimal etməyin çox çətin olduğunu bildirib:
“Bu virus insan bədəninə ilk dəfə daxil olan yeni virusdur. Ona görə də virusun nə zaman başa çatacağını proqnozlaşdırmaq çətindir. Virus endemiya olaraq dünyada qala bilər. Məsələn, insanın immunçatışmazlığı virusu (İİV) tamamilə yox olmadı və aramızda qaldı. İnsanlar müalicə və qarşısını alma yollarını tapa bildi. Artıq İİV-ə yoluxan insanlar uzun illər yaşaya bilirlər”.
ÜST-ün Baş elm mütəxəssisi Sumya Svaminatan isə koronavirusa qarşı effektiv müalicə metodunun 4-5 il çəkə biləcəyini söyləyib.
Oxşar xəbərlər
Amerikalı həkim koronavirusdan xilas olmağın yolunu açıqladı - MÜSAHİBƏ
BAKU.WS ABŞ-ın tanınmış həkim anestezioloq-reanimatoloqu İsmail Abadan Mehrinin “Report”un xüsusi müxbirinə müsahibəsini təqdim edir: - Hazırda koronavirus pand...