Uşağın inkişafının gecikməsinə səbəb olan AMİLLƏR - SİYAHI

Uşağın inkişafının gecikməsinə səbəb olan AMİLLƏR - SİYAHI
Sosial 4

"Əmgək - kəllə sümükləri arasında sümükləşən bölgələrdir. Doğularkən körpədə 6 əmgək növü müşahidə oluna bilər: cüt və qeyri-cüt. Ən “məşhur” 2 alın və 2 təpə sümükləri arasında yerləşən böyük əmgəkdir. Əmgəklərin ölçülərinə fərdi göstəricilər təsir edir: hestasiya yaşı, genetik meyillik, maddələr mübadiləsinin vəziyyəti, xəstəliklərin olması".

BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Leyla Rəhimova bildirib.

Onun sözlərinə görə, sağlam körpələrin 1%-də böyük əmgək 3 aya qədər bağlana bilər: "Həmin uşaqların valideynləri narahat olmasına səbəb yoxdur, onlar ancaq baş dairəsinin ölçüləri nəzarət altında saxlamalıdırlar. Kəllə ossifikasiyası prosesində böyük əmgək 12-18 aya qədər tamamilə bağlanır".

İnkişaf gecikməsi aşağıdakı səbəblərdən yarana bilər:

• ananın xroniki xəstəlikləri;• hamiləlik zamanı alkoqol istifadəsi;• psixotrop dərmanlar;• irsi faktorlar;• məişət şəraitinin münasib olmaması;• ailədaxili münasibətlər;• zəif qayğı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər