Uşaqların peyvəndlənməsi ilə bağlı VACİB XƏBƏR
Peyvəndlər uşaqları ağır fəsadlardan, əlillik riskindən qoruyan ən etibarlı və effektiv sağlamlıq tədbirlərindən biridir.
BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin "Instagram" hesabındakı canlı yayımda nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova deyib.
Onun sözlərinə görə uşaqlıq dövründə immun sistemi hələ tam formalaşmadığı üçün uşaqlar virus və bakterial infeksiyalara daha həssas olurlar:
"Qızılca, məxmərək, poliomielit, suçiçəyi və hepatit kimi xəstəliklərin qarşısının alınmasında peyvəndlərin rolu böyükdür. Bundan əlavə, peyvəndlər kollektiv immunitetin formalaşmasına kömək edir. Peyvəndlər sayəsində uşaqlar daha az xəstələnir, məktəbə davamiyyət artır və sağlam cəmiyyət formalaşır".
Pediatr qeyd edib ki, peyvəndlər uzun illər aparılan elmi araşdırmalar nəticəsində hazırlanır və ciddi nəzarət altında tətbiq olunur:
"Peyvənddən sonra yüngül qızdırma və ya inyeksiya yerində ağrı kimi hallar müvəqqətidir və təhlükə yaratmır. Peyvənd olunmamağın riski isə bundan qat-qat böyükdür. Bü mövsüm üçün Səhiyyə Nazirliyi tərəfindən təhlükəsiz və yüksək keyfiyyətli qrip əleyhinə vaksinlər Azərbaycana gətirilib və vaksinasiyaya ötən ilin oktyabr ayından etibarən başlanılıb. Qripə qarşı peyvənd bütün yaşayış üzrə ambulator poliklinik xidmət göstərən müəssisələrdə ödənişsiz şəkildə aparılır".
Oxşar xəbərlər
Opera və Balet Teatrı Yalçın Adıgözəlov və Əvəz Abdulla ilə qonorarla işləyə bilər
Akademik Opera və Balet Teatrı Xalq artistləri Yalçın Adıgözəlov və Əvəz Abdulla ilə mülki-hüquqi müqavilə çərçivəsində, yəni konkret çıxışlar üzrə qonorar prin...