Uşaqlar ibadət yerlərinə aparıla bilər? - AMİN
"Amin" verilişinin yeni buraxılışında fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov və ilahiyyatçı Tural İrfan ilə uşaq hüquqları və onların dini ibadətlərə cəlb olunması mövzusu ətrafında fikir mübadiləsi aparılıb.
Tural İrfan bildirib ki, bəzi mərasim və ayinlərdə uşaqlardan siyasi və ya xarici təsirlər nəticəsində alət kimi istifadə edilir:
"Bu hallarda uşaqlar ibadət ocaqlarına aparılır, təhsildən yayındırılır və ya hicab bəhanəsi ilə məktəbə göndərilmir. Bu, düzgün deyil və qanunla tənzimlənməlidir".
Əhməd Niyazov isə qeyd edib ki, dində məcburiyyət yoxdur və bu, uşaqlar üçün də keçərlidir:
"Uşaq həddi-büluğ yaşına çatanda ibadət məsuliyyəti başlayır. O vaxta qədər dini tərbiyə mümkündür, lakin məcburiyyət yoxdur. Valideynlər uşaqlara haram və qadağaları yalnız sözlərlə deyil, nümunə göstərərək öyrətməlidirlər".
Oxşar xəbərlər
Sabah arabir yağış yağacaq
Azərbaycanda aprelin 7-də arabir yağış yağacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron...