Ukrayna ölkəyə giriş-çıxışla bağlı qaydanı dəyişir

Sabahdan etibarən Ukraynada ölkə ərazisinə giriş və çıxış üzrə yeni qaydalar qüvvəyə minəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, yeni qaydalara əsasən əcnəbilərin Ukraynaya giriş üçün COVID-19 müalicəsi ilə bağlı xərcləri qarşılayacaq sığorta polisi olmalıdır. Bundan əlavə, bütün xarici qonaqlar buraxılış məntəqəsində Ukrayna sərhədini keçməyə 72 saat qalmış koronavirusla bağlı mənfi testi təqdim etməlidirlər.
Test və ya sığorta polisi olmadıqda, əcnəbilərə Ukrayna ərazisinə giriş və ya tranzit keçid qadağan olunacaq.
Ukrayna vətəndaşları sərhədi maneəsiz keçməzdən əvvəl 48 saat öncə edilmiş mənfi PCR testini təqdim etməlidirlər. Test olmadığı halda, ukraynalılar mobil telefonlarına "Evdə" tətbiqini yükləməli və özlərini iki həftəlik təcrid etməlidirlər. Özünütəcrid COVID-19 testinin mənfi cavabı alındıqdan sonra yekunlaşdırıla bilər.
Oxşar xəbərlər
Koronavirus testi mobil telefonla aparıla biləcək
Fransada artıq hər kəs rahat şəkildə koronavirus testini edə biləcək. BAKU.WS TASS agentliyinə istinadən xəbər verir ki, mobil telefondan istifadə etməklə 10 də...