Ucuz kolbasa məhsullarından birinin tərkibində at əti aşkarlandı
Paytaxt bazarlarında aparılan son araşdırmalar zamanı satışda olan ucuz kolbasa məhsullarından birinin tərkibində at ətinin aşkarlanması ciddi narahatlıq yaradıb.
Bu fakt digər bazarlarda satılan ucuz kolbasa məhsullarının tərkibi və qiymətinə dair sualları yenidən gündəmə gətirib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələyə münasibət bildirərək deyib ki, belə məhsulların tərkibində daha aşağıkeyfiyyətli və mənşəyi bilinməyən ətlər də ola bilər:
"Təəssüf ki, ölkədə demək olar ki, heç bir ətin satışına qadağa qoyulmur. İstehlakçının aldadılmaması üçün ətin mənşəyi mütləq göstərilməlidir. Bazarlara gətirilən bu tip ət məhsulları çox zaman yararlılığı şübhəli heyvan ətlərindən hazırlana bilər. Qiymətin ucuz olması da bununla bağlıdır, çünki həmin ətlər istehsalçıya havayı başa gəlir".
E.Hüseynov əlavə edib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, ölkənin əmtəə bazarında satılan bütün ərzaq məhsulları markalanmalıdır. Yəni məhsulun buraxılma tarixi, son istifadə müddəti, istehsalçı şirkətin rekvizitləri və digər məlumatlar qablaşdırmada qeyd olunmalıdır.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Azyaşlı qızların saçları pul üçün kəsilir: Mütəxəssislər psixoloji risklər barədə xəbərdarlıq edirlər
Sosial şəbəkələrdə yayılan görüntülərdə azyaşlı qızların saçlarının kəsilərək satıldığı göstərilir. Bəzi valideynlərin maddi çətinlik səbəbindən bu addımı atdığ...