Türkiyəyə səyahət edəcək şəxslərə kod veriləcək

Türkiyəyə səyahət edəcək şəxslərə kod veriləcək
Foto
Sosial 410

Türkiyə Səhiyyə Nazirliyi ölkəyə səfər edən şəxslərin tibbi məlumatlarının elektron formada qeydiyyata alınması üçün “Türkiyəyə Giriş Anketi” sistemini təkmilləşdirib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hava yolu ilə xarici ölkələrdən Türkiyəyə səfər edəcək şəxslər səyahət etməzdən 72 saat əvvəl “register.health.gov.tr” saytına daxil olmalı, və “Türkiyəyə Giriş Anketi”ni doldurmalıdır.

Anket doldurulduqdan sonra hər bir şəxs üçün müvafiq kod yaradılacaq və şəxslər bu kodu Türkiyədə səyahət zamanı istifadə edə biləcəklər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər