Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verildi
Kikboksçu Tülin Ələkbərova və tələbəsi Abbas Rəhimlinin barələrində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərin şikayətinə baxılaraq onlar barədə verilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.
Qeyd edək ki, idmançılar Abşeron rayonu ərazisində törədilmiş quldurluqda təqsirləndirilirlər. Onlar dekabrın 4-də 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirməkdə, onun 110 manat pulunu ələ keçirərək quldurluq etməkdə ittiham olunurlar.
Oxşar xəbərlər
Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
Azərbaycanda jurnalistlər də kibercinayətkarların hədəfindədir. BAKU.WS xəbər verir ki, işbazlar tanınmış şəxsin adından yazaraq guya DTX və ya digər hüquq-müha...