Tovuzda uşaq anası tərəfindən küçəyə atılıb? - DİN-dən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzda azyaşlı uşağın gecə saatlarında küçədə yatmağa məcbur edildiyi deyilir.
BAKU.WS xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumatlar və şəkillər paylaşılıb. Görüntülərin Tovuz rayonunun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkildiyi bildirilib.
Məlumata əsasən, hər gün gecə saatlarında azyaşlı oğlan soyuqda üşüdüyü halda məcbur qalaraq burada yatır. Azyaşlını həmin əraziyə anasının gətirdiyi deyilir. Onun hər gün gecə saat 01:00 radələrində burada olduğu deyilir.
Qadına dəfələrlə bununla bağlı irad tutulsa da, o, buna məhəl qoymayıb.
Sosial şəbəkə istifadəçiləri uşağı bu vəziyyətdə tərk edən şəxsin kimliyindən asılı olmayaraq məsələnin aidiyyəti orqanlar tərəfindən araşdırılmasını tələb ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələdən məlumatlıdırlar. Hazırda bununla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
Paytaxtın əksər küçə və prospektlərində tıxac var
Hazırda paytaxtın əksər küçə və prospeklərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. BAKU.WS Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər v...