İtkin düşən 16 yaşlı qız tapılıb

İtkin düşən 16 yaşlı qız tapılıb
Sosial 224

Lənkəranda itkin düşən 16 yaşlı qız tapılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Report-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev deyib.

O bildirib ki, rayonun Zövlə kənd sakini, 2006-cı il təvəllüdlü Ş.Hüseynovanın itkin düşməsi ilə bağlı sentyabrın 23-ü axşam saatlarında polisə müraciət daxil olub:

"Məktəblinin tapılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilib və bu gün günorta saatlarında o, tapılaraq ailəsinə təhvil verilib".

Qeyd edək ki, Ş.Hüseynova ötən gün oxuduğu məktəbdən çıxdıqdan sonra evə qayıtmamışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər