Təxirə salınan "Eurovision 2020" baş tutacaq - VİDEO

Koronavirus pandemiyası səbəbindən təxirə salınan “Eurovision 2020" onlayn keçiriləcək.
BAKU.WS-in müsabiqənin saytına istinadən məlumatına görə, təşkilatçılar qərara alıblar ki, beynəlxalq müsabiqəni onlayn-konsert formatında keçirsinlər.
Mahnı müsabiqəsi “Eurovision: Avropa bərq vurur” şüarı ilə baş tutacaq. İki saatlıq şounun aparıcıları Hollivud ulduzları Şantel Yanzen, Yan Smit, həmçinin müğənni Edsiliya Rombli olacaq.
Onlayn-konsertə ötən illərdə musiqi yarışmasının qalibi olanlar da qatılmaq imkanı qazanacaqlar.
Təşkilatçılar bu formatın müxtəlif ölkələrin əhalisini bu çətin dönəmdə birləşdirməyə xidmət edəcəyini deyir: “Biz təklif edirik ki, bütün dünyanın telekanalları bu şounu birlik ovqatında yayımlasınlar”.
Qeyd edək ki, Azərbaycanı "Eurovision 2020" Mahnı Müsabiqəsində Samir Əfəndi "Kleopatra" mahnısı ilə təmsil edəcək.
Oxşar xəbərlər
Azərbaycan “Eurovision-2020" mahnısının klipi təqdim olundu - VİDEO
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin mahnı və klipini təqdim edib. Qurumdan B...
