Terminologiya Komissiyası: İrad və tənqidləri nəzərdən keçiririk
27
okt
2017
15:01
Azərbaycan Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova dünən mətbuatda bəzi alınma sözlərin qarşılığı kimi verilən sözlərlə bağlı müzakirələrə münasibət bildirib. S.Sadıqova "Report"a açıqlamasında deyib ki, ana dilində işlənməsi zəruri olan bir neçə alınma sözün qarşılığını bildirən layihə ilə bağlı müzakirələrin geniş rezonans doğurması, təklif və iradların olması təbiidir: "İlkin fikirlər, sosial şəbəkələrdəki müzakirələr göstərir ki, təklif olunan sözlərin bəziləri birmənalı qarşılanmır".O, müzakirələrdə iştirak edən hər kəsə təşəkkür edib və bildirib ki, deyilmiş əsaslı irad və tənqidlər Azərbaycan Terminologiya Komissiyasında nəzərdən keçirilir: "Bununla yanaşı, mən ictimaiyyətin, o cümlədən hörmətli media nümayəndələrinin nəzərinə çatdırıram ki, “zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarıc” kimi sözlər təklif kimi təqdim edilib. Bunlar, sadəcə, bir layihədir, ictimai müzakirə üçün verilmiş təkiliflərdir. Məqsədimiz göstərilən alınma sözlərin Azərbaycan dilində ən düzgün variantını tapmaqdır. Ona görə də biz, ilk növbədə, sahə mütəxəssislərini, dilçi alimləri, jurnalistləri, dilə həssas yanaşan yaradıcı insanları və hər kəsi bu müzakirələrdə fəal iştirak etməyə çağırırıq".BAKU.WS
Oxşar xəbərlər
Ləman Ələşrəfqızı Nazirlər Kabinetini sərt tənqid etdi: Toxunmayın onun adına!
Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənməsi sosial şəbəkədə naraz...